Bank Of Baku

Bloomberg: Aİ embarqosundan sonra Rusiyanın neft ixracı 54 faiz azalıb

Bloomberg: Aİ embarqosundan sonra Rusiyanın neft ixracı 54 faiz azalıb
# 20 dekabr 2022 23:58 (UTC +04:00)

Avropa İttifaqının (Aİ) Rusiyadan dəniz yolu ilə daşınan neftin idxalına qadağa qoymasından sonra satış 54% azalıb.

APA xəbər verir ki, bu barədə “Bloomberg” məlumat verib.

Qadağadan qüvvəyə mindiyi birinnci həftədə tədarükün ümumi həcmi sutkada 1,86 milyon barel və ya 54% azalaraq 1,6 milyona enib.

Xatırladaq ki, qadağa ilə yanaşı Aİ, G7 və Avstraliya Rusiyadan dəniz yolu ilə daşınan neftin barrelinə 60 dollar qiymət tətbiq edib.

Rusiya neftinin ixrac həcminin azalması Baltik dənizindəki Primorsk limanındakı neft terminalındakı işlərə də təsir edib.

Bir həftə ərzində limanda yük göndərilməsi 8 dəfədən 3-ə enib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR