Bank Of Baku

Bloomberg: Rusiya qazının ixracı əsrin əvvəlindən bəri ən aşağı səviyyəyə düşüb

Bloomberg: Rusiya qazının ixracı əsrin əvvəlindən bəri ən aşağı səviyyəyə düşüb
# 29 dekabr 2022 02:42 (UTC +04:00)

Rusiya qazının ixracı son 20 ildə ən aşağı səviyyəyə düşüb.

APA xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

“Qazprom”un rəhbəri Aleksey Millerin sözlərinə görə, 2022-ci ilin sonuna qədər şirkət MDB-dən kənar ölkələrə 100,9 milyard kubmetr qaz ixrac edəcək.

Agentliyin hesablamalarına görə, Rusiya qazının xarici bazarlara ixracı 2021-ci illə müqayisədə 46 faiz azalıb.

Bu da əsrin əvvəlindən bəri ən aşağı səviyyəyə kimi qeydə alınıb.

Eyni zamanda, Millerin sözlərinə görə, ilin sonuna qədər qaz hasilatının həcmi 412,6 milyard kubmetr təşkil edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR