BMT Baş katibinin müavinləri ərzaq təhlükəsizliyi problemlərini müzakirə etmək üçün tezliklə Moskvaya səfər edəcəklər.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin bildirib.
Onun sözlərinə görə, Türkiyəyə 1 milyon ton Rusiya taxılının tədarükü layihəsi inkişaf mərhələsindədir.
"Rusiya ilin sonuna qədər altı Afrika ölkəsinə pulsuz ərzaq tədarükü ilə bağlı verdiyi vədi yerinə yetirəcək", - rusiyalı diplomat vurğulayıb.
Verşinin, həmçinin Rusiyanın hərəkətlərinin taxıl qiymətlərinə təsir etməsi, taxılın qiymətinin artmaması barədə bəyanatları yalan adlandırıb.