Bank Of Baku

BMT komitəsi Ermənistanda dil siyasətinin etnik azlıqlara qarşı ayrıseçkilik ola biləcəyini bildirib

BMT komitəsi Ermənistanda dil siyasətinin etnik azlıqlara qarşı ayrıseçkilik ola biləcəyini bildirib
# 25 oktyabr 2023 19:03 (UTC +04:00)

BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsi Ermənistanda dövlət tərəfindən həyata keçirilən hazırkı dil siyasətinin ölkədəki etnik azlıqlar üzərində diskriminasiya təsiri ola biləcəyindən narahatlığını ifadə edib.

APA xəbər verir ki, bu barədə komitənin Ermənistanla bağlı dördüncü dövri hesabatı üzrə yekun müşahidələrində qeyd edilib.

Sənəddə Ermənistana etnik azlıqların dillərinin tədrisinin təşviq edilməsi üçün təhsil sahəsindəki dil siyasətini və qanunlarını bir daha gözdən keçirmək tövsiyə edilib. Həmçinin, Ermənistana molokan və yezidi uşaqlarının ibtidai və orta məktəblərdən çıxma nisbətinin yüksək olduğu, bu göstəricinin azaldılması məqsədilə təcili tədbirlər görmək çağırışı edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR