Bank Of Baku

BMT: Livanda toqquşmalarda 11 nəfər ölüb

BMT: Livanda toqquşmalarda 11 nəfər ölüb
# 01 avqust 2023 01:10 (UTC +04:00)

Livanın cənubundakı Ayn əl-Helva qaçqınlar düşərgəsində baş verən qarşıdurmalar nəticəsində 11 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstinli Qaçqınlar Agentliyi (UNRWA) məlumat yayıb.

Toqquşmalarda 40 nəfərin yaralandığını bildirib.

İyulun 29-da başlayan silahlı qarşıdurma səbəbindən agentliyin düşərgədəki bütün fəaliyyətləri müvəqqəti dayandırılıb.

Silahlı qarşıdurmaların 2000-dən çox insanın miqrasiyasına səbəb olduğu bildirilib.

İyulun 29-da Livanın cənubundakı Fələstinli Qaçqınlar Düşərgəsində Fəth Hərəkatı ilə bəzi fələstinli qruplar arasında silahlı qarşıdurma baş verib.

Dünən dərc olunan xəbərdə iki gündür davam edən qarşıdurmalarda 6 nəfərin öldüyü, 30-dan çox adamın yaralandığı bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR