Bank Of Baku

Boliviyada aksiya iştirakçıları hava limanlarını ələ keçirib, yolları bağlayıb

Boliviyada aksiya iştirakçıları hava limanlarını ələ keçirib, yolları bağlayıb
# 29 dekabr 2022 07:55 (UTC +04:00)

Boliviyada hökumət əleyhinə aksiyalar getdikcə genişlənir.

APA xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Santa-Kruz əyalətinin müxalif qubernatoru Luis Fernando Kamaçonun həbsinə etiraz edən etirazçılar Viru-Viru Beynəlxalq Hava Limanını ələ keçirərək uçuş-enmə zolaqlarını və yolları bağlayıblar.

Bir çox reyslər təxirə salınıb.

Etirazçılar Kamoçanın Santa-Kruzdan La-Pasa aparılmasının qarşısını almaq üçün El Trompillo hava limanını da bağlayıblar.

Viru-Viru hava limanı uçuşların qəbulunu dayandırıb.

Kamaço dövlət çevrilişində ittiham edilərək həbs edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR