Böyük Britaniya viza verilməsi qaydalarını sərtləşdirir

Böyük Britaniya viza verilməsi qaydalarını sərtləşdirir
# 05 dekabr 2023 08:35 (UTC +04:00)

Britaniyanın daxili işlər naziri Ceyms Kleverli bildirib ki, departament krallığa qanuni miqrant axınını ildə 300 min nəfər azaltmaq üçün viza və iş icazələrinin alınması qaydalarını sərtləşdirəcək.

APA-nın məlumatına görə, bu barədə Kleverli Britaniya parlamentinin İcmalar Palatasında bildirib.

Britaniya Daxili İşlər Nazirliyinin rəhbərinin təklifləri 2024-cü ildə qüvvəyə minməlidir. Onlar ölkədəki işəgötürənin iş vizası üçün müraciət edən əcnəbi işçiyə ödəməli olduğu minimum əmək haqqının 50% artırılmasını nəzərdə tutur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR