Bank Of Baku

Böyük Britaniyanın müdafiə nazirinin müavini Moldovaya səfər edib

Böyük Britaniyanın müdafiə nazirinin müavini Moldovaya səfər edib
# 14 fevral 2023 04:21 (UTC +04:00)

Böyük Britaniyanın müdafiə nazirinin müavini Ceyms Hippi Moldova hakimiyyətinin Rusiya Federasiyasının respublikada sabitliyi pozmaq niyyəti barədə bəyanatlarından sonra Kişinyova səfər edib.

APA-nın məlumatına görə, bu barədə bazar ertəsi Böyük Britaniya Müdafiə Nazirliyinin “Twitter” hesabında dərc olunmuş məlumatda deyilir.

“Moldova prezidenti Maia Sandu Rusiyanın ölkəsindəki demokratik proseslərə müdaxiləsi barədə xəbərdarlıq etdiyi bir vaxtda, müdafiə nazirinin müavini Hippi Moldova ilə Böyük Britaniya arasında müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsini müzakirə etmək üçün Kişinyova səfər edib” – məlumatda bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR