Bank Of Baku

Braziliyada 2 ton kokain müsadirə edilib

Braziliyada 2 ton kokain müsadirə edilib
# 29 dekabr 2021 22:46 (UTC +04:00)

Braziliyanın gömrük xidməti Santus limanında 2 ton narkotik vasitə aşkar edib.

APA-nın “Globo” kanalına istinadla məlumatına görə, 700 kiloqram kokain İspaniyaya göndərilən portağal şirələrinin arasında gizlədilib. Bundan başqa, yarım tonadək narkotik vasitə şəkər kisələrinin arasında, bir o qədəri də kofe konteynerində aşkar olunub.

Narkotik vasitə xüsusi rentgen cihazlarının köməyi ilə aşkar edilib. Braziliya gömrüyü son 6 ildə təkcə Santus limanından xaricə 16 ton narkotik vasitə göndərilməsinin qarşısını alıb.


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR