Bank Of Baku

BRICS-in Kazan sammitinin yekun bəyannaməsində Ukraynadakı münaqişə ilə bağlı mövqe qeyd olunub

BRICS-in Kazan sammitinin yekun bəyannaməsində Ukraynadakı münaqişə ilə bağlı mövqe qeyd olunub
# 23 oktyabr 2024 17:03 (UTC +04:00)

BRICS ölkələri Ukrayna kontekstində bütün dövlətlərin “bütövlükdə və bir-biri ilə əlaqəli olaraq BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə uyğun hərəkət etmək” məsuliyyətini vurğulayıblar.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə BRICS-in Kazan Bəyannaməsində bildirilib.

Bir il əvvəl olduğu kimi, BRICS iştirakçıları “Ukraynada və ətrafındakı vəziyyətlə bağlı milli mövqeləri” xatırladıb, həmçinin vasitəçilik təşəbbüslərini alqışlayıblar.

BRICS-in Kazan Bəyannaməsində Ukraynanın adı yalnız bir dəfə çəkilib. Bəyannamənin 13-cü səhifəsindəki 36-cı bənddə Ukraynadan bəhs olunub.

Bundan başqa, BRICS ölkələri yekun bəyannamədə kosmosda silahlanma yarışının qarşısının alınmasını dəstəkləyiblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR