BRİCS ölkələrinin liderləri Kazanda dostluq şam yeməyinə toplaşıblar.
APA xəbər verir ki, şam yeməyində liderlərlə yanaşı tədbirə “BRICS plus” formatında gələn nümayəndə heyətlərinin rəhbərləri də iştirak edib.
Rusiya prezidenti Vladimir Putin qonaqların şərəfinə verdiyi qala-ziyafəti, BRİCS sammitinin açılışı kimi qiymətləndirib.