Bank Of Baku

Britaniya və Niderland Ukraynaya F-16 qırıcılarının verilməsi üzərində işləyir

Britaniya və Niderland Ukraynaya F-16 qırıcılarının verilməsi üzərində işləyir
# 17 may 2023 10:27 (UTC +04:00)

Britaniya və Niderland Ukraynanın F-16 qırıcıları əldə etməsi üçün beynəlxalq koalisiyanın yaradılması üzərində işləyir.

APA CNN-ə istinadən xəbər verir ki, bu barədə Britaniya Baş nazirinin mətbuat katibi bildirib.

Qeyd olunub ki, hər iki NATO ölkəsi Ukrayna üçün ABŞ istehsalı F-16 qırıcılarının əldə edilməsi, həmçinin Kiyevin pilotlarına təlimlərin keçilməsinə çalışırlar.

Niderlanddan fərqli olaraq Britaniyanın Kral Hava Qüvvələri hazırda F-16 qırıcılarından istifadə etmir. ABŞ hərbi hava qüvvələrinin isə hazırda 800 F-16 qırıcısı var.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR