Bank Of Baku

 Britaniyanın müdafiə naziri Şoyqunun sözünə inandığını bildirib - YENİLƏNİB

Ben Uolles

© APA | Ben Uolles

# 11 fevral 2022 20:42 (UTC +04:00)

Böyük Britaniya Rusiyanın hərbi rəhbərliyinin Ukraynaya hücum etmək planının olmaması ilə bağlı sözünə inansa da, hər şeyi sözlə deyil, əməllə ölçür.

APA-nın xəbərinə görə, bunu Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə danışıqların nəticələrinə həsr edilmiş mətbuat konfransında bildirib. Birləşmiş Krallığın Moskvadakı səfirliyində baş tutan tədbiri Sky News kanalı canlı yayıb.

“Baş qərargah rəisi Gerasimov kimi, Şoyqu da çox təcrübəli nazirdir. Onlar Ukraynaya hücum etməyəcəklərini dedikdə biz bunu ciddi qəbul etdik. Lakin biz bu sözlərin arxasında duran əmələ də baxacağıq”, deyə britaniyalı nazir qeyd edib.

***

20.20


Böyük Britaniyanın müdafiə naziri Ben Uolles rusiyalı həmkarı Sergey Şoyqunun Rusiyanın Ukraynaya hücum etmək niyyətinin olmaması ilə bağlı sözünə inandığını bildirib.

APA-nın xəbərinə görə, bu barədə TASS agentliyi məlumat yayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR