Bank Of Baku

Bu gündən Türkiyə ilə sərhəddə yerləşən “Marqara” keçid məntəqəsində Ermənistan hərbçiləri xidmət aparacaq

Bu gündən Türkiyə ilə sərhəddə yerləşən “Marqara” keçid məntəqəsində Ermənistan hərbçiləri xidmət aparacaq
# 28 fevral 2025 21:51 (UTC +04:00)

Bu gündən etibarən Ermənistanın Türkiyə ilə sərhəddə yerləşən “Marqara” keçid məntəqəsində Ermənistan sərhədçiləri xidmət aparacaq.

APA Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan məlumat yayıb.

Ermənistanla Türkiyə arasında dövlət sərhədinin bağlanması səbəbindən “Marqara” keçid məntəqəsi fəaliyyət göstərmir.

2022-ci ilin yayında Ermənistan Respublikası hökumətinin qərarı ilə keçid məntəqəsi təmir olunub və orada Rusiya Federasiyası Sərhəd Qoşunlarının bölmələrinin daimi xidməti başlayıb.

“Marqara” sərhəd-keçid məntəqəsinin Ermənistan Respublikası Sərhəd Qoşunlarının tabeliyinə verilməsi o deməkdir ki, 2025-ci il martın 1-dən Ermənistana daxil olan və ölkədən çıxan bütün şəxslərə sərhəd nəzarəti müstəsna olaraq Ermənistan Sərhəd Qoşunları tərəfindən həyata keçiriləcək,” – Paşinyan qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR