Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bu ilin əvvəlindən Rusiya ordusuna müqavilə əsasında cəlb olunan hərbçilərin sayını açıqlayıb.
APA xəbər verir ki, bu barədə Medvedev Rusiya Silahlı Qüvvələrinin gücləndirilməsi ilə bağlı bu gün keçirdiyi iclasda bildirib.
Onun sözlərinə görə, bu ilin 1 yanvar - 3 avqust tarixləri arasında 231 mindən çox hərbçi Rusiya SQ sıralarına müqavilə əsasında qəbul edilib.