Bu ilin 4 ayında Moskvaya 1 milyon 200 min miqrant gətirilib

Bu ilin 4 ayında Moskvaya 1 milyon 200 min miqrant gətirilib
# 27 iyun 2024 11:20 (UTC +04:00)

Bu ilin 4 ayında Rusiya paytaxtına 1 milyon 200 min miqrant gətirilib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin bildirib.

Onun sözlərinə görə, bu ilin yanvar-aprel ayları ərzində Moskva vilayətinə 880 min xarici vətəndaş gəlib.

Bastrkin miqrantlar arasında ekstremist xarakterli cinayətlərin artmasının 147% təşkil etdiyini söyləyib.

"Rusiyada miqrasiya siyasəti dəyişdirilməlidir. Hesab edirəm ki, ən vacibi Rusiyanın miqrasiya siyasətini dəyişdirmək, ehtiyacı dəqiq əsaslandırmaq və elə etmək lazımdır ki, daxili resurslar öz siyasi, iqtisadi, milli və digər problemlərini həll etsinlər", deyə RF İstintaq Komitəsinin sədri qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR