Bank Of Baku

Cəlal Arutyunyan 44 günlük müharibə ilə bağlı komissiyanın iclasına qatılacaq

Cəlal Arutyunyan 44 günlük müharibə ilə bağlı komissiyanın iclasına qatılacaq
# 18 aprel 2023 19:02 (UTC +04:00)

Ermənistan Müdafiə Nazirliyinin hərbi nəzarət xidmətinin rəisi, Qarabağdakı qondarma rejimin sabiq "müdafiə naziri" general-leytenant Cəlal Arutyunyan 44 günlük müharibə dövründə şəraiti araşdırmaq üçün formalaşdırılmış parlamentin istintaq komissiyasının qarşısına çıxmağa razılaşıb.

APA "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə komissiyasının rəhbəri Andranik Koçaryan bildirib.

"Zöhrab Mnatsakanyandan sonra mənim Cəlal Arutyunyanla söhbətim oldu. Plenar iclasdan sonra Müdafiə Ordusunun keçmiş komandanı ilə komissiyanın görüşünü təşkil edəcəyik”, - Koçaryan deyib.

Onun sözlərinə görə, Arutyunyana müxtəlifi suallar ünvanlanacaq, hazırda onların siyahısı hazırlanır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR