Bank Of Baku

Cenevrədə ABŞ-Rusiya danışıqları başlayıb

Cenevrədə ABŞ-Rusiya danışıqları başlayıb
# 10 yanvar 2022 11:57 (UTC +04:00)

Cenevrədə təhlükəsizlik zəmanətləri üzrə ABŞ-Rusiya danışıqları başlayıb.

APA-nın Moskva müxbirinin xəbərinə görə, görüş qapalı formatda ABŞ-ın BMT-nin Cenevrə bölməsindəki daimi nümayəndəliyinin ərazisində keçirilir.

Məsləhətləşmələrdə əsas müzakirə mövzusu Rusiyanın təhlükəsizlik zəmanətlərinə dair müqavilə layihəsidir.

Görüşdə Rusiya nümayəndə heyətinə xarici işlər nazirinin müavini Sergey Ryabkov və müdafiə nazirinin müavini Aleksandr Fomin başçılıq edir.

ABŞ-ı isə görüşdə Dövlət katibinin birinci müavini Vendi Şerman təmsil edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR