Bank Of Baku

Cənubi Koreya səfiri Rusiya XİN-ə çağırılıb

Cənubi Koreya səfiri Rusiya XİN-ə çağırılıb
# 05 aprel 2024 15:13 (UTC +04:00)

Cənubi Koreyanın Rusiyadakı səfiri Li Do Xun Xarici İşlər Nazirliyinə çağırılıb.

APA-nın xəbərinə görə, səfirdən bu ölkənin fiziki və hüquqi şəxslərinə tətbiq olunan sanksiyalarla bağlı izahat istənilib.

O da bildirilib ki, rəsmi Moskva Pxenyanla əməkdaşlığın Cənubi Koreya əleyhinə yönəlməsi ilə bağlı əsassız ittihamları qəbul etmir: “Bu faktor heç bir şəkildə ikitərəfli münasibətlərə təsir edə bilməz. Eyni zamanda bildiririk ki, Rusiya özünə qarşı yönəlmiş hər hansı qeyri-legitim addımlara səssiz qalmayacaq. Biz rəsmi Seulu sanksiyalardan imtina etməyə çağırırıq. Çünki bu, ilk növbədə Cənubi Koreyanın özünə son dərəcə neqativ təsir göstərəcək”.

Fərid Azəri

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR