Bank Of Baku

Çin hərbçiləri “Vostok-2022” təlimlərində iştirak etmək üçün Rusiyaya gəliblər

Çin hərbçiləri “Vostok-2022” təlimlərində iştirak etmək üçün Rusiyaya gəliblər
# 25 avqust 2022 13:39 (UTC +04:00)

Çin hərbçiləri “Vostok-2022” təlimlərində iştirak etmək üçün Rusiyaya gəliblər.

APA-nın Rusiya bürosu xəbər verir ki, “Vostok 2022” təlimində iştirak edən Çin Quru Qoşunlarının və Hərbi Hava Qüvvələrinin nümayəndələri artıq təyinat yerinə gəliblər.

Çin Müdafiə Nazirliyinin sözçüsü Tan Kefei təlimdə iştirak edən hərbçilərin qoşun qrupları və səhra düşərgəsi yaratdıqlarını, həmçinin əraziyə uyğunlaşmaq üçün təlim uçuşları həyata keçirdiyini bildirib: “Çin Hərbi Dəniz Qüvvələrinin nümayəndələri Rusiya gəmiləri ilə qruplaşaraq rabitə yoxlanışı və digər təlimlər keçiriblər”.

Onun sözlərinə görə, Rusiyada keçirilən “Vostok-2022” təlimlərində iştirak digər ölkələrin hərbçiləri ilə strateji əməkdaşlıq səviyyəsinin artırılması, təhlükəsizlik problemlərinin birgə həlli və müxtəlif təhdidlərin aradan qaldırılması imkanlarının təkmilləşdirilməsi məqsədi daşıyır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR