Çindən gələn turist qruplarının Rusiyaya vizasız girişi bərpa edilib.
APA-nın Rusiya bürosu xəbər verir ki, koronavirus pandemiyası səbəbindən 2020-ci ilin mart ayından dayandırılan çinli turist qrupları üçün Rusiya Federasiyası ərazisinə vizasız giriş bərpa olunub.
Bildirilib ki, Rusiyaya çinli turistlərin ilk qrupları yay aylarında gözlənilir. Kütləvi turist axınının yalnız iki-üç ildən sonra pandemiyadan əvvəlki səviyyəyə çatacağı qeyd olunub.
Qeyd edək ki, Çin və Rusiya hökumətləri arasında 2000-ci ilin fevralında imzalanmış sənədə əsasən, 5-50 nəfərdən ibarət turist qrupuna qonşu ölkəyə viza almadan səfər etmək və orada 15 günə qədər qalmaq imkanı verilir.