Bank Of Baku

CNN: HƏMAS-ın İsrailə hücumu nəticəsində üç ABŞ vətəndaşı həlak olub

CNN: HƏMAS-ın İsrailə hücumu nəticəsində üç ABŞ vətəndaşı həlak olub
# 09 oktyabr 2023 04:45 (UTC +04:00)

HƏMAS-ın İsrailə hücumu zamanı azı üç ABŞ vətəndaşı həlak olub.

APA xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Telekanal amerikalıların ölümünün hansı şəraitdə və dəqiq yerini göstərmir.

Daha əvvəl AP agentliyi adı açıqlanmayan amerikalı rəsmilərə istinadən ən azı dörd ABŞ vətəndaşının həlak olduğunu bildirmişdi.

Amerika vətəndaşlarının İsraildə ölməsi faktını ABŞ dövlət katibi Entoni Blinken də təsdiqləyib.

Lakin o, ölənlərin sayını açıqlamayıb və bununla bağlı məlumatın əlavə yoxlamaya ehtiyacı olduğunu bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR