“Crocus"dakı terror hücumunda şübhəli bilinən daha bir Tacikistan vətəndaşı saxlanılıb

“Crocus"dakı terror hücumunda şübhəli bilinən daha bir Tacikistan vətəndaşı saxlanılıb
# 26 aprel 2024 16:53 (UTC +04:00)

“Crocus City Hall”da törədilən terror aktının mümkün iştirakçılardan daha biri həbs olunub.

APA-nın “TASS”a istinadən xəbərinə görə, polisin keçirdiyi əməliyyat nəticəsində tutulan şəxs Cumoxon Kurbonovdur. Bununla da istintaqa cəlb olunanların sayı 11 nəfərə çatıb.

Hüquq-mühafizə orqanlarından bildirilib ki, hazırda onun həmin hadisədə iştirakı araşdırılır.

Qeyd edək ki, martın 22-də baş vermiş hadisə zamanı 150 nəfərə yaxın insan ölüb, 551-i isə yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR