Bank Of Baku

Dağıstanda 6 nəfərin ölümü ilə nəticələnən qəza baş verib - VİDEO

Dağıstanda 6 nəfərin ölümü ilə nəticələnən qəza baş verib - VİDEO
# 01 sentyabr 2022 02:22 (UTC +04:00)

Dağıstanın Untsukulski rayonunda üç avtomobilin toqquşması nəticəsində 6 nəfər ölüb.

APA “Vesti.ru” saytına istinadən xəbər verir ki, hadisə avqustun 31-də saat 23:00 radələrində Şamilkala-Vremennı avtomobil yolunun 10-cu kilometrliyində baş verib.

İlkin məlumata görə, qəzaya səbəb “VAZ-2112” markalı avtomobilin sürücüsünün ötmə əməliyyatını düzgün yerinə yetirməməsi olub.

Bundan sonra əks yol çıxan “VAZ-2112” “LADA Granta” və “VAZ-21093” markalı avtomobilləri ilə toqquşub.

Hadisə yerində istintaq-əməliyyat qrupu işləyir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR