Dağıstanın Akuşinski rayonunun Ameterkmaxi kəndində atışma baş verib, 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, hadisə məişət zəminində baş verib.
Məscidin imamı öldürülüb, onun oğlu və qohumu yaralanıb, xəsarət alanlar xəstəxanaya yerləşdirilib.
İnsidenti törətməkdə şübhəli bilinən şəxs zərərsizləşdirilib.