Dağıstanda baş vermiş terror aktlarında 20 nəfər ölüb - YENİLƏNİB

Dağıstanda baş vermiş terror aktlarında 20 nəfər ölüb - YENİLƏNİB
# 24 iyun 2024 16:39 (UTC +04:00)

Dağıstanda silahlıların hücumu zamanı 20 nəfər ölüb, 46 nəfər yaralanıb.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Dağıstan Respublikasının Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, iyunun 23-də Dağıstanın Dərbənd və Mahaçqala şəhərlərində terror hücumu baş verib. Mahaçqalada polisə hücum olub, Dərbənddə isə kilsə və sinaqoqa silahlı hücum təşkil olunub.

Milli Antiterror Komitəsi respublika ərazisində əksterror əməliyyatı rejimi tətbiq edib.

***

10:15

Dağıstanda baş vermiş terror aktları nəticəsində 20 nəfər ölüb.

APA Rusiya KİV-nə xəbər verir ki, hadisə zamanı azı 15 polis əməkdaşı, 1 keşiş, 1 kilsə mühafizəçisi və daha 3 naməlum şəxs öldürülüb.

Daha 44 nəfərin yaralandığı qeyd olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR