Dağıstanda Xəzərdə batmaq təhlükəsi ilə üzləşən 11 nəfər xilas edilib, 2 nəfər itkin düşüb - VİDEO

Dağıstanda Xəzərdə batmaq təhlükəsi ilə üzləşən 11 nəfər xilas edilib, 2 nəfər itkin düşüb  - VİDEO
# 13 iyun 2024 22:46 (UTC +04:00)

Xəzərin Dağıstan sahillərində fırtına zamanı iki sörfçü itkin düşüb.

APA xəbər verir ki, Rusiyanın Fövqəladə Hallar Nazirliyi fırtınada itkin düşən sörfçüləri tapmaq məqsədilə axtarış-xilasetmə əməliyyatını davam etdirir.

Qeyd edk ki, çimərlikdə gözlənilmədən başlayan qasırğa zamanı 13 nəfər Xəzər dənizi sahillərində sörfinqlə məşğul olurmuş. Onlardan 11 nəfəri xilas edilsə də, sahildən 300 metr uzaqlıqda olan iki nəfəri tapmaq hələ ki mümkün olmayıb.

Rusiya Fövqəladə Hallar Nazirliyinin Dağıstan Respublikası üzrə Baş İdarəsinin mətbuat xidməti növbəti günlərdə əlverişsiz hava şəraiti ilə bağlı məlumat yayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR