Danimarka səfiri Rusiya XİN-ə çağırılıb

Danimarka səfiri Rusiya XİN-ə çağırılıb
# 11 dekabr 2023 17:31 (UTC +04:00)

Danimarkanın Moskvadakı səfiri Yakob Henninqsen Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN mətbuat xidməti məlumat yayıb.

Buna səbəb kimi xarici şirkətlərin Rusiyadakı fəaliyyəti ilə bağlı diplomatın Danimarka mətbuatında bəyanatları göstərilib. Rusiya XİN bunu təxribat xarakterli hesab edib.

Rusiya tərəfi ölkənin iqtisadiyyatı və hüquqi bazası ilə bağlı bu tip qiymətləndirmələrin qəbuledilməz olduğunu diqqətə çatdırıb, həmçinin daxili işlərə müdaxiləyə yaxın addım hesab edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR