Bu vəziyyətdə biz qərar verməliyik: ya gözlənilə bilən nəticələrinə qatlaşaraq Türkiyə və Azərbaycanla yeni müharibəyə getməli, ya da Ermənistanın müstəqilliyini qoruyaraq sülh yolu ilə addımlamalıyıq.
APA aysor.am-a istinadən xəbər verir ki, bunu parlamentdə “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı Gevork Papoyan deyib.
“Biz müharibə və avantürizm, yaxud sülh arasında seçim etməliyik. Biz dinc gündəm yolu ilə getməliyik, başqa alternativ yoxdur. Gündəmdə başqa variant yoxdur”, - Papoyan bildirib.