Dərbənd və Mahaçqalada terror aktlarında ölənlərin sayı 22 nəfərə çatıb

Dərbənd və Mahaçqalada terror aktlarında ölənlərin sayı 22 nəfərə çatıb
# 01 iyul 2024 17:18 (UTC +04:00)

Dərbənd və Mahaçqalada törədilən terror aktlarında ölənlərin sayı 22 nəfərə çatıb.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Dağıstan Respublikasının rəhbəri Sergey Məlikov bildirib.

Onun sözlərinə görə, terror hücumları nəticəsində 17 polis və 5 mülki şəxs həlak olub.

Qeyd edək ki, daha əvvəl Dağıstan Respublikasənın Səhiyyə Nazirliyi 21 ölüm faktı barədə məlumat yaymışdı. Milli Antiterror Komitəsinin məlumatına görə, terror hücumu zamanı 5 silahlı öldürülüb.

S. Məlikov aydınlaşdırıb ki, öldürülən silahlılar arasında 2023-cü ilin oktyabrında Mahaçqala hava limanında baş vermiş iğtişaşların iştirakçısı olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR