Dərbənddə mağazalardan birində qaz partlayışı baş verib, bir nəfər xəsarət alıb.
APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Dağıstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, hadisə ötən gün Qaqarin küçəsində yerləşən mağazaların birində baş verib. Mağazaya gələnlərdən biri, 43 yaşlı yerli sakin tualetə girərək elektrik enerjisini yandırıb və nəticədə hadisə baş verib. Qadın xəstəxanaya yerləşdirilib. Polis hadisənin başvermə şəraitini araşdırır.
Qəzaya səbəb kimi ehtimal edilən qaz sızması göstərilir.