Bank Of Baku

“Deutsche Welle”nin Rusiyada yayımı qadağan edilib

“Deutsche Welle”nin Rusiyada yayımı qadağan edilib
# 03 fevral 2022 18:38 (UTC +04:00)

Rusiya Almaniyanın “Deutsche Welle” teleradio şirkətinin ölkə ərazisində yayımını qadağan edib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.

Qeyd olunub ki, Almaniyanın RT DE almandilli televiziya kanalının peyk və digər yayımını qadağan edən qeyri-dost hərəkətlərinə cavab olaraq fevralın 2-də elan edilmiş cavab tədbirləri çərçivəsində Rusiya tərəfi cavab tədbirlərinin birinci mərhələsini həyata keçirmək niyyətindədir.

Cavab tədbirlərinə aşağıdakılar aiddir:

- Almaniyanın Deutsche Welle teleradio şirkətinin Rusiya Federasiyasındakı müxbir ofisinin bağlanması;

- "Deutsche Welle"-nin Rusiya Bürosunun bütün işçilərinin akkreditasiyasının ləğvi;

- Rusiya Federasiyasının ərazisində "Deutsche Welle" teleradio şirkətinin peyk və digər yayımının dayandırılması;

- Rusiya Federasiyasının səlahiyyətli orqanları tərəfindən "Deutsche Welle"nin xarici agent kimi fəaliyyət göstərən xarici kütləvi informasiya vasitəsi kimi tanınması məsələsinə baxılması prosedurunun başlanması;

- RT DE-nin yayımının məhdudlaşdırılmasında iştirak edən Almaniyanın dövlət və ictimai strukturlarının nümayəndələrinin siyahısının formalaşdırılması prosesinə başlamaq, hansı ki, həmin şəxslərin Rusiya Federasiyası ərazisinə girişi qadağan ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR