Devid Kemeron qazaxıstanlı həmkarı ilə görüşüb

Devid Kemeron qazaxıstanlı həmkarı ilə görüşüb
# 24 aprel 2024 17:24 (UTC +04:00)

Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron Qazaxıstan xarici işlər naziri Murat Nurtleu ilə görüşüb.

APA xəbər verir ki, bu barədə Qazaxıstan XİN-in mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, nazirlər arasında təkbətək görüşlə yanaşı, geniştərkibli görüş də keçiriləcək və həmçinin ikitərəfli sənədlərin imzalanması planlaşdırılır.

Xatırladaq ki, Devid Kemeron Mərkəzi Asiya regionuna səfəri çərçivəsində Qazaxıstandadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR