Domodedovo hava limanı dövlətin xeyrinə müsadirə edilib

Domodedovo hava limanı dövlətin xeyrinə müsadirə edilib
# 17 iyun 2025 18:44 (UTC +04:00)

Moskvanın Domodedovo hava limanı Rusiya Baş Prokurorluğun tələbi ilə dövlətin xeyrinə müsadirə edilib.

APA-nın Rusiya bürosu xəbər verir ki, Moskva vilayətinin məhkəməsi “DME Holding” MMC-nin aktivlərini dövlət xeyrinə keçirib.

Məlum olub ki, 2021-2023-cü illərdə Domodedovo hava limanının sahibləri Dmitri Kamenşik və Valeri Koqan 18 milyard rubl aeroportun mənfəətini kreditlərin qaytarılması adı altında xaricə köçürüblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR