Bank Of Baku

Donetsk seprataçılarının keçmiş rəhbəri həbs edilib

Donetsk seprataçılarının keçmiş rəhbəri həbs edilib
# 21 iyul 2023 20:25 (UTC +04:00)

Moskva şəhər məhkəməsi Donetsk seprataçılarının keçmiş rəhbəri İqor Strelkovu həbs edib.

APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin İstintaq İdarəsi Strelkov barəsində Cinayət Məcəlləsinin ekstrimizmə çağırış maddəsi ilə cinayət işi açıb, məhkəmədən onun barəsində həbs-qətimkan tədbirinin seçilməsini istəyib.

Məhkəmə istintaq orqanının xahişini qəbuı edib və Strelkov barəsində iki aylıq, sentyabrın 18-dək həbs-qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edib.

Qeyd edək ki, Strelkov Rusiya Prezidenti Vladimir Putini və Silahlı Qüvvələr rəhbərliyini Ukraynadakı hərbi əməliyyatların uğursuz aparılması ilə bağlı sərt tənqid edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR