Dövlətlərarası Aviasiya Komitəsi “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinin təyyarəsinin Tver vilayətində qəzaya uğraması ilə bağlı araşdırma aparmır.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə komitə açıqlama yayıb.
“Çoxsaylı müraciətlərə görə, sizə bildiririk ki, hazırda Dövlətlərarası Aviasiya Komitəsi 2023-cü il avqustun 23-də Tver vilayətində “Embraer Legacy” təyyarəsi ilə baş vermiş aviasiya hadisəsini araşdırmır və bu hadisə barədə şərh vermir”, - deyə komitənin açıqlamasında qeyd olunub.