Paşha Bank
Bank Of Baku

Dron hücumundan sonra Rusiyanın Baltik dənizindəki ən iri limanında güclü yanğın başlayıb

Dron hücumundan sonra Rusiyanın Baltik dənizindəki ən iri limanında güclü yanğın başlayıb
# 11 noyabr 2026 10:51 (UTC +04:00)

Rusiyanın Baltik dənizi sahilində yerləşən ən böyük ixrac limanlarından biri olan Ust-Luqada dron hücumundan sonra güclü yanğın baş verib.

APA xəbər verir ki, bu barədə Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko “Telegram” kanalında məlumat yayıb.

Qubernatorun sözlərinə görə, noyabrın 11-də gecə saatlarında baş verən hücum nəticəsində liman ərazisində yanğın başlayıb. Hücum zamanı üç işçinin yaralandığı bildirilir.

Drozdenko həmçinin hücum nəticəsində Ust-Luqadakı elektrik yarımstansiyasının fəaliyyətinin dayandırıldığını açıqlayıb.

Qeyd edək ki, Ust-Luqa limanı Rusiyanın neft, neft məhsulları, taxıl və digər əmtəələrin ixracı üçün mühüm logistika mərkəzlərindən biridir. Liman Finlandiya körfəzi sahilində, Estoniya sərhədinə yaxın ərazidə yerləşir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR