Rusiya Dövlət Duması məhkumların müqavilə əsasında hərbi xidmətə çağırılmasının mümkünlüyü haqqında qanun qəbul edib.
APA-nın Moskva müxbiri xəbər verir ki, qanuna görə, səfərbərlik dövründə və ya müharibə dövründə yüngül cinayət törətmiş şəxslər, arzu etdikdə, hərbi xidmət aparmaqla bağlı müqavilə bağlaya biləcəklər.