Duma Mişustinin Baş nazir postuna namizədliyini təsdiqləyib - YENİLƏNİB

Duma Mişustinin Baş nazir postuna namizədliyini təsdiqləyib - YENİLƏNİB
# 10 may 2024 17:28 (UTC +04:00)

Rusiya Dövlət Duması Mixail Mişustini baş nazir postuna təsdiqləyib.

APA-nın Moskva müxbiri xəbər verir ki, Mişustinin Rusiya Federasiyası hökumət sədri vəzifəsinə namizədliyinin lehinə 375 deputat səs verib.

Onun namizədliyinin əleyhinə səs verən deputat olmayıb.

***

15:19

Rusiyanın Dövlət Duması Mixail Mişustinin Baş nazir vəzifəsinə namizədliyini müzakirə edir.

APA-nın məlumatına görə, əvvəlcə Dumanın sədri Vyaçeslav Volodin deputatlara onun barədə barədə məlumat verib.

Sədr bildirib ki, indiyədək müxtəlif vəzifələrdə çalışan 58 yaşlı M.Mişustin hökumətə 2020-ci il, yanvarın 15-dən rəhbərlik edir.

İclasda ayrı-ayrı fraksiyaların rəhbərlərinin çıxışı da gözlənilir.

Səsvermədən əvvəl isə bu posta yenidən namizəd olan Mixail Mişustin parlamentarilərin suallarını cavablandıracaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR