Bank Of Baku

Duma Rusiyada nüvə sınaqlarını qadağan edən müqavilənin ratifikasiyasını geri çağırıb

Duma Rusiyada nüvə sınaqlarını qadağan edən müqavilənin ratifikasiyasını geri çağırıb
# 18 oktyabr 2023 13:42 (UTC +04:00)

Rusiya Dövlət Duması Rusiya Federasiyasının Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsinin ratifikasiyasının geri çağırılması haqqında qanun layihəsini üçüncü oxunuşda qəbul edib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə dumanın bu gün keçirilən plenar iclasında qərar qəbul olunub.

Qeyd edək ki, müvafiq sənəd dumanın spikeri Vyaçeslav Volodinin göstərişi ilə Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin iclasında hazırlanıb və oktyabrın 13-də Dövlət Dumasına təqdim edilib. Layihədə “Nüvə Sınaqlarının Hərtərəfli Qadağası haqqında Müqavilənin ratifikasiyası haqqında” qanunun birinci maddəsinin ləğv edilməsi təklif edilir.

Rusiya 2000-ci ildə Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsini ratifikasiya edib. Bəzi ölkələr, o cümlədən ABŞ və Çin hələ də sənədi ratifikasiya etməyib. Eyni zamanda, nüvə silahına malik olan dövlətlər belə sınaqlar keçirməmək üçün könüllü öhdəliklər götürüblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR