Bank Of Baku

Duma Rusiyanın START müqaviləsində iştirakını dayandırması barədə qanunu qəbul edib

Duma Rusiyanın START müqaviləsində iştirakını dayandırması barədə qanunu qəbul edib
# 22 fevral 2023 12:56 (UTC +04:00)

Dövlət Duması Rusiyanın Strateji Hücum Silahlarının Azaldılması Müqaviləsində (START) iştirakının dayandırılması haqqında qanun qəbul edib.

APA-nın Moskva müxbirinin məlumatına görə, Rusiya Prezidenti Vladimir Putin tərəfindən parlamentin aşağı palatasına təqdim olunan müvafiq qanun layihəsinə baxılıb və qanun qəbul olunub.

Qeyd edək ki, dünən Putin Federal Məclisə müraciətində Rusiyanın Strateji Hücum Silahlarının Azaldılması Müqaviləsində iştirakını dayandırdığını açıqlayıb. O, ölkəsinin bu müqavilədən çıxmadığını, sadəcə iştirakını dayandırdığını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR