Bank Of Baku

Dumanın komitə sədri: Bakının Qarabağdakı vəziyyəti daxili münaqişə kimi qiymətləndirməyə əsası var

Dumanın komitə sədri: Bakının Qarabağdakı vəziyyəti daxili münaqişə kimi qiymətləndirməyə əsası var
# 20 sentyabr 2023 01:51 (UTC +04:00)

Ermənistanın hazırkı rəhbərliyinin Azərbaycanın Qarabağ üzərində suverenliyi ilə bağlı mövqeyi Bakıya oradakı vəziyyəti öz ərazisində daxili münaqişə kimi qiymətləndirməyə əsas verir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski deyib.

Onun sözlərinə görə, Qarabağda münaqişənin bütün tərəfləri axan qanı dayandırmalı və danışıqlara qayıtmalıdır.

Parlamentari onu da bildirib ki, Rusiya Federasiyasının Qarabağdakı sülhməramlı missiyası üzərinə düşən vəzifələri yerinə yetirməkdə davam edir.

Deputat xatırladıb ki, daha əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan ümumi 86,6 min kvadrat kilometr ərazisi olan Qarabağ ərazisi ilə birlikdə Azərbaycan Respublikasının suverenliyini tanımağa hazır olduğunu bəyan edib. “Ermənistanın hazırkı rəhbərliyinin bu mövqeyi, əslində, Bakıya Qarabağdakı vəziyyəti Azərbaycandaxili münaqişə kimi şərh etməyə əsas verə bilər”, - deyə Slutski vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR