Əgər Rusiya indi Ukraynada xüsusi hərbi əməliyyata başlamasaydı, o zaman ertəsi gün NATO Ukrayna millətçilərinin əli ilə əməliyyata başlayacaqdı.
APA-nın Moskva müxbirinin xəbərinə görə, bu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bildirib.
“Rusiya Ukraynada əməliyyata başlamasaydı, düz ertəsi gün NATO Ukraynadakı neonasistlərin əli ilə başlayacaqdı. Biz vaxtında yetişdik, yüz minlərlə insanın həyatını xilas etdik”, - Volodin “Rossiya 24” telekanalının efirində deyib.
Spiker Rusiyanın başqa çıxış yolunun olmadığını da vurğulayıb: “Baxın, NATO Ukraynanı nə qədər silahla doldurub. Əgər xüsusi sülhməramlı əməliyyata başlamasaydıq, bütün bunlar hamı üçün faciəvi nəticələrə səbəb olacaqdı”.