Adam Delimxanov sağdır.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin parlamentin plenar iclasında bildirib. O, az öncə Ukraynada müharibə zonasında yaralandığı bildirilən çeçen deputat Adam Delimxanovla telefonla danışdığını, onun sağ olduğunu söyləyib.
Qeyd edək ki, Ukrayna mətbuatı Delimxanovun Zaporojyedə öldürüldüyü barədə məlumat yayıb.
Rusiya Müdafiə Nazirliyinin “Zvezda” kanalı Delimxanovun yaralandığını, lakin sağ qaldığını təsdiqləyib.
Çeçenistan rəhbəri Ramzan Kadırov isə Delimxanovdan hələ də xəbər almadığını açıqlayıb.
Xatırladaq ki, Adam Delimxanov Ukrayna müharibəsində, xüsusi ilə də Mariupolun tutulmasında aktiv iştirak etdiyinə görə Rusiya Prezidenti Vladimir Putin tərəfindən Rusiya Qəhrəmanı fəxri adına layiq görülüb.