“Donetsk Xalq Respublikası”nda ölümlə nəticələnən yol qəzası baş verib.
APA TASS-a istinadən xəbər verir ki, Şaxtyor rayonunda hərbçiləri daşıyan yük avtomobili ilə mikroavtobus toqquşub.
Qəza nəticəsində 16 nəfər ölüb, xəsarət alan 3 nəfər xəstəxanaya yerləşdirilib.
Ölənlərdən birinin yük avtomobilinin sürücüsü olduğu bildirilir.