Bank Of Baku

EASA mülki təyyarələri Ukrayna hava məkanından istifadə etməməyə çağırıb

EASA mülki təyyarələri Ukrayna hava məkanından istifadə etməməyə çağırıb
# 24 fevral 2022 08:49 (UTC +04:00)

Avropa İttifaqı Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) mülki təyyarələrin Ukrayna hava məkanı ilə uçmasını “çox riskli” elan edib.

APA-nın xəbərinə görə, agentlik hava əməliyyatları üçün Ukrayna ərazisinin aktiv münaqişə zonası olduğunu və mülki təyyarələrin məqsədyönlü şəkildə hədəf götürülə biləcəyinə dair xəbərdarlıq edib. Xəbərdarlıqda qeyd olunub ki, bütün uçuş əməliyyatları son dərəcə ehtiyatla həyata keçirilməli, Ukrayna-Rusiya sərhədinə 100 dəniz milindən yaxın olan uçuşlardan çəkinilməlidir.

“Hava limanları da daxil olmaqla vacib infrastruktur obyektləri mülki təyyarələr üçün təhlükəsizlik riski yaradan hərbi fəaliyyətlərə məruz qalır. Genişmiqyaslı quru və hava döyüş sistemlərinin mövcudluğu və mümkün istifadəsi mülki uçuş əməliyyatları üçün bütün yüksəkliklərdə və səviyyələrdə çox risklidir”, - deyə EASA-nın məlumatında bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR