Bank Of Baku

Əfqanıstandan Tacikistana keçən terrorçular zərərsizləşdirilib

Əfqanıstandan Tacikistana keçən terrorçular zərərsizləşdirilib
# 06 sentyabr 2023 08:15 (UTC +04:00)

Tacikistan-Əfqanıstan sərhədini pozan 3 terrorçu Tacikistan ərazisinə daxil olduqdan sonra ölkənin xüsusi xidmət orqanları tərəfindən məhv edilib.

APA xəbər verir ki, bu barədə Tacikistan Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi məlumat yayıb.

“2023-cü il avqustun 29-dan 30-na keçən gecə beynəlxalq terror təşkilatının 3 üzvü Dövlət Müstəqilliyi Günü ərəfəsində Tacikistan ərazisində terror aktı törətmək məqsədi ilə Tacikistan-Əfqanıstan ərazisini - Darvaz istiqamətində Kevron kəndi ilə bitişik qorunan ərazidə sərhəd xəttini qanunsuz keçib. Antiterror əməliyyatı nəticəsində 3 terrorçu məhv edilib”, - bəyanatda deyilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR