Bank Of Baku

Ekvadorda gecə klubu yaxınlığında atışma zamanı 8 nəfər ölüb

Ekvadorda gecə klubu yaxınlığında atışma zamanı 8 nəfər ölüb
# 26 iyun 2023 04:29 (UTC +04:00)

Ekvadorun Santo Dominqo de los Tsaçilas əyalətində baş verən atışma nəticəsində 8 nəfər ölüb.

Bu barədə APA "Ecuavisa" nəşrinə istinadən xəbər verir.

Polisin bildirdiyinə görə, daha 5 nəfər yaralanıb.

Hüquq-mühafizə orqanları hadisənin cinayətkar dəstələrin toqquşması ilə bağlı olduğunu ehtimal edir.

Yerli KİV-in məlumatına görə, atışma gecə klubunun yaxınlığında başlayıb və ölənlərdən biri yerli cinayətkar təşkilatın liderinin qardaşı ola bilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR