Bank Of Baku

Əlverişsiz hava səbəbindən Moskvada bəzi aviareyslər ləğv edilib

Əlverişsiz hava səbəbindən Moskvada bəzi aviareyslər ləğv edilib
# 28 iyul 2023 08:42 (UTC +04:00)

Rusiyada əlverişsiz hava şəraiti ilə əlaqədar bəzi aviareyslər gecikir yaxud da ləğv edilib.

APA xəbər verir ki, bu barədə "Yandex.Schedule" nəqliyyat xidmətinin məlumatında qeyd olunub.

Moskva hava limanlarında 35 reys gecikib, 10 reys isə təxirə salınıb.

Vnukovoda 16 reys gecikib, dördü ləğv edilib. Bundan əlavə Domodedovoda dörd reys gecikir, ikisi isə ləğv edilib.

Şeremetyevoda 15 reys gecikib, dörd reys isə ləğv edilib.

Hava şəraiti ilə əlaqədar Sankt-Peterburqdan Moskvaya uçan təyyarə Vnukovoya enə bilməyib.

Rusiyanın Hidrometeorologiya Mərkəzi iyulun 29-u Moskva şəhəri və Moskva vilayətində hava şəraitinin kəskin dəyişəcəyini və sarı təhlükə səviyyəsinin tətbiq olunacağını qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR