Erməni deputat: Koçaryanın hakimiyyət mübarizəsi gülüş doğurur

Erməni deputat: Koçaryanın hakimiyyət mübarizəsi gülüş doğurur
# 21 may 2024 12:58 (UTC +04:00)

Robert Koçaryanın hakimiyyət uğrunda mübarizəsi nəinki müqəddəs sayılmır, hətta gülüş doğurur.

APA-nın “news.am”a istinadən xəbərinə görə, bunu Ermənistanın hakim partiyasının deputatı Vaaqn Aleksanyan deyib.

O bildirib ki, müxalifətin 2021-ci ildən rəhbər tutduğu ritorika dəyişməyib.

Aleksanyanın sözlərinə görə, müxalifətin Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiyası prosesinin 1969-cu ilə aid xəritələr əsasında həyata keçirilməsinə irad tutmağa haqqı yoxdur:

“Onlar unudur ki, təklif etdikləri 1974-1979-cu illərə aid xəritələr də məhz 1969-cu ilin xəritəsinin əsasında hazırlanıb. Müxalifətin bunu bilərək ictimaiyyətdə narazılıq yaratmaq cəhdləri anlaşılan deyil. Daşnak ideologiyasına sahib olan bu adamlar Rusiyanın tərəfdarı olan şəxsin diktəsi ilə hərəkət edir. 2023-cü ildə Rusiya tərəfdarı olan bir şəxs deyirdi ki, hamının Qalstanyan soyadı ilə tanıdığı Baqrat Srbazan Baş nazir postuna namizəd olmalıdır. İndi isə 130 illik tarixə malik partiya bu ideyanı reallaşdırır”, - o deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR